Erməni deputatlar Azərbaycanla razılaşmaya qarşı

17-10-2024, 15:57           
Erməni deputatlar Azərbaycanla razılaşmaya qarşı
Məlum olduğu kimi, oktyabrın 21-də Ermənistan parlamentində Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyasına dair protokolların ratifikasiya məsələsi müzakirəyə çıxarılacaq. Ermənistan müxalifəti bu protokola qarşı çıxacağını bəyan edib.
Belə ki, parlamentdə təmsil olunan müxalif deputatlar bildiriblər ki, onlar heç bir şəkildə protokolların ratifikasiyasına imkan verməyəcəklər.
Deputat Tevan Poqosyan isə iddia edib ki, demarkasiya komissiyalarının nizamlanması məsələsi Sürix protokollarının taleyini yaşayacaq. Onun sözlərinə görə, belə bir sənəd cəmiyyət tərəfindən də qəbul edilməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru