Aİ Azərbaycanı buna məcbur edə bilməz - Politoloq

23-09-2016, 00:48           
Aİ Azərbaycanı buna məcbur edə bilməz - Politoloq
Aİ Venesiya komissiyası və başqa institutlar vasitəsilə Azərbaycana qarşı nəzarətçi və demokratiya müəllimi rolunu oynamağa çalışır.

Bunu Trend-ə tanınmış almaniyalı politoloq Aleksandr Rar deyib.'

Onun sözlərinə görə, demokratiya hansı isə ağıllı siyasətçilərin, liderlərin, elitanın arzularına deyil, xalqın necə səs verməsinə və istəyinə əsaslanır.

A.Rar qeyd edib ki, bəzi Avropa dövlətləri Azərbaycanın Aİ ilə assosiasiyadan imtina etməsinə görə məyusdur və bunu zərbə hesab edir:

"Aİ Azərbaycanı bu sazişi imzalamağa məcbur edə bilməz. hazırda Aİ Azəraycana tərəfdaşlığın yeni formatını təqdim etmək istəyir və göstərir ki, Azərbaycanla əməkdaşlıqda maraqlı olduğu layihələrə ciddi yanaşacaq. Buna görə də Azərbaycana qarşı təzyiq davam edəcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru