"AÇIQ DEYİRƏM, UTANMADAN...” - Putin yenə “qan-qan” deyir
26-10-2024, 09:44
“Rusiya Ukraynadakı münaqişənin həllində güzəştə getməyəcək, heç bir mübadilə olmayacaq”.
“AzPolitika” xəbər verir ki, bunu Vladimir Putin Kremlin təbliğatçısı Olqa Skabeyevaya müsahibəsində deyib.
Putin növbəti dəfə guya sülh tərəfdarı olduğunu iddia etsə də, Ukraynanın suveren ərazilərinə qarşı iddialarından və qanlı müharibəni davam etdirmək planlarından əl çəkmədiyini nümayiş etdirib:
O əlavə edib ki, Ukraynadakı “münaqişənin” istənilən nəticəsi Rusiyanın xeyrinə olmalıdır: “İstənilən nəticə Rusiyanın xeyrinə olmalıdır, açıq deyirəm, utanmadan. Və bu, döyüş meydanında ortaya çıxan reallıqlardan çıxış etməlidir”.
Onun dediyinə görə, Rusiya və Ukraynanın nəyi razılaşdıra biləcəyini söyləmək hələ tezdir, çünki Moskva və Kiyev arasında heç bir substantiv danışıqlar yoxdur: "Mən indi təfərrüatlara varmaq istəmirəm, çünki substantiv danışıqlar yoxdur və qarşı tərəf bundan imtina edir. Ona görə də razılaşa bilməmiz mümkün olan nəsə barədə danışmaq hələ tezdir”.