Nə hikmətdirsə, biz uzaqlaşanda da, yaxınlaşanda da bizdən istəyirlər - Səxavət Məmməd yazır
28-10-2024, 08:14
Azərbaycanlı birinin gürcüstanlılara seçki ilə bağlı ağıl verməsi ən yüngül formada ifadə etsək riyakarlıqdır.
Öz ölkəsindəki seçki kampaniyası zamanı var gücünü "vurub" namizəddən pul qoparmaq üzərində quran media qurumlarının başqa bir ölkənin seçkisini saf-çürük etməsi yüngül desək murdarlıqdır.
Atadan qızına, ərdən arvadına ötürülən parlamenti haqqında söz deyə bilməyib, Gürcüstan parlamentindəki partiyaları analiz etmək axmaqlıqdır.
Seçkiyə vecsiz yanaşanların, şeytan əməli kimi baxanların seçkiyə müqəddəs bir şey kimi baxanlara yol göstərməsi debillikdir.
Gürcüstanlılar daha çox Rusiya xəttinə meyilləniblərsə, bunun səbəbi təkcə müharibə qorxusu deyil. Həm də əllərində olan mallara bazar tapmadıqları üçündür. Səhv ya düz adamlar mübarizə aparır. Sabah Gürcüstan Rusiya ilə bütün problemlərini həll etsə, Azərbaycan nə qədər Rusiya ilə yaxın olsa da, Gürcüstan daha çox dividend götürəcək. Elə ermənilər də. Kiçik dövlətlər böyük dövlətlərə ona görə yaxınlaşır ki, daha çox şey əldə etsinlər. Hətta uzaqlaşmaqları da lap çox istəmələri ilə bağlıdır. Misal üçün Ermənistan. Nə hikmətdirsə, biz uzaqlaşanda da, yaxınlaşanda da bizdən istəyirlər. Hər ikisi də daha çox istəmələri ilə bağlı olur. Sovetlər dönəmində də belə olub.
Çözməli o qədər məsələlərimiz var. Yenə də, özünüz bilərsiniz .Yaxşı edirsiniz, lap da düz edirsiniz - özünüzü camaata güldürməyinizi deyirəm.
TEREF