ABŞ və Aİ Gürcüstanda parlament seçkiləri zamanı baş vermiş qanun pozuntularının araşdırılmasına çağırıb

28-10-2024, 10:28           
ABŞ və Aİ Gürcüstanda parlament seçkiləri zamanı baş vermiş qanun pozuntularının araşdırılmasına çağırıb
ABŞ və Avropa İttifaqı ölkələri Gürcüstan hakimiyyətini parlament seçkiləri zamanı yol verilmiş qanun pozuntuları ilə bağlı araşdırma aparmağa çağırıb.

“Beynəlxalq müşahidəçilər seçkilərin nəticələrini azad və ədalətli kimi tanımayıblar. Biz beynəlxalq normaların bütün pozuntularını pisləyirik ”, - deyə ABŞ dövlət katibi Antoni Blinken bildirib. Onun sözlərinə görə, pozuntular arasında “dövlət resurslarından sui-istifadə və hakim partiyanın hədə-qorxuları” var.

Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissarı Josep Borrell öz növbəsində, son qanunvericilik dəyişikliklərinin səsvermənin nəticələrinə təsir etdiyini söyləyib.

Oxuməni.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru