Tanınmış jurnalist hücumlarda iştirak etdi - Həmkarları od püskürdü

28-10-2024, 16:18           
Tanınmış jurnalist hücumlarda iştirak etdi - Həmkarları od püskürdü
İsrailli jurnalist və aparıcı Denni Kuşmaro İsrail ordusu ilə birlikdə Livanın cənubundakı bir kəndə hücumda iştirak edib.

Denni bu hərəkətinə görə həmkarları tərəfindən tənqid olunub.

Denni Kuşmaronun gülləkeçirməz jilet və dəbilqə taxaraq iştirak etdiyi hücumun görüntüləri Kanal 12 Televiziyasında yayımlanıb. Videoda bir İsrail əsgəri Kuşmaroya partlayıcı qurğunun necə atəşə tutulacağını izah etdikdən sonra deyir ki, qarşıdakı boz binadan İsrailin şimalındakı ərazilərə raketlər atılıb.

Binaya partlayıcılar yerləşdirilərkən, Kuşmaro əvvəlcə dörddən geriyə sayır, sonra binanı partlatmaq üçün düyməni basır. Çoxsaylı jurnalistlər “X” platforması vasitəsilə Kuşmaronu tənqid edərək, davranışını "jurnalistika üçün utanverici" adlandırıblar./Yenisabah.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru