Zelenski: “ABŞ-ın siyasəti dəyişsə, Ukrayna üçün çox çətin olacaq”

29-10-2024, 10:44           
Zelenski: “ABŞ-ın siyasəti dəyişsə, Ukrayna üçün çox çətin olacaq”
ABŞ-də keçiriləcək prezident seçkilərindən sonra Vaşinqton Kiyevə dəstəyi dayandırsa, bu, Ukrayna üçün çox çətin olacaq.

İndex.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Times of India” qəzetinə müsahibəsində deyib.

“ABŞ-nin siyasətindən çox şey asılıdır. Mənə elə gəlir ki, hər şeyin ABŞ seçkilərindən asılı olduğunu söyləmək çox dərin təhlil deyil. Ukraynada müharibənin başlanması və millətimizin müqavimət göstərməsi ABŞ də daxil olmaqla müttəfiqlərin dəstəyi olmadan baş verib”, – o bildirib.

Onun sözlərinə görə, hazırda ABŞ-nin yeni prezidenti kimin olacağını söyləmək çətindir.

Zelenski etiraf edib ki, əgər ABŞ-nin siyasəti dəyişərsə və Vaşinqton Ukraynanı dəstəkləmədiyini söyləyərsə, Ukrayna üçün çox çətin olacaq. “Amma bu, siyasət tamamilə dəyişərsə. O zaman bununla nə edəcəyimizi düşünəcəyik”, – o bildirib.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.