Tehran və Ankara Təl-Əvivə silah embarqosu tətbiq etməyə davam edir

29-10-2024, 16:04           
Tehran və Ankara Təl-Əvivə silah embarqosu tətbiq etməyə davam edir
Baqai bildirib ki, silah embarqosu mövzusu İslam Əməkdaşlıq Təşkilatında müzakirəyə çıxarılan mövzulardan biridir.
İran və Türkiyə İsrailə silah tədarükü üzrə embarqo tətbiq etmək istəyən müxtəlif ölkələrlə danışıqlar aparmağa davam edir. Hazırki mərhələdə Qəzza zolağında və Livanda hərbi əməliyyatlar aparmaq üçün Təl-Əvivin Qərb silahlarından istifadəsini dayandırması vacibdir.
Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi həftəlik mətbuat konfransı zamanı deyib.
"Bu, bizim müxtəlif ölkələrlə ikitərəfli danışıqlarda həmişə müzakirə etdiyimiz və İslam Əməkdaşlıq Təşkilatında (İƏT) müzakirəyə çıxardığımız mövzulardan biridir. Son vaxtlar İran və Türkiyə də daxil olmaqla bir sıra İslam ölkələri tərəfindən İsrail rejiminə silah embarqosu tətbiqi ilə bağlı təşəbbüs həyata keçirilib", - Baqai bildirib.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, hazırkı mərhələdə İsrailin Qəzza zolağında hücumlar həyata keçirmək və Livanda aqressiya yaratmaq üçün "ABŞ və digər Qərb dövlətlərinin hədiyyə etdiyi" silahlardan istifadə edə bilməməsi vacibdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.