Almaniya Gürcüstanda keçirilən parlament seçkiləri zamanı "pozuntuları" pisləyib

29-10-2024, 17:08           
Almaniya Gürcüstanda keçirilən parlament seçkiləri zamanı "pozuntuları" pisləyib
Almaniya bazar ertəsi seçicilərin təhdid edilməsi, səsvermə sirrinin pozulması və seçki məntəqələrində zorakılıq halları ilə bağlı xəbərlər də olmaqla, Gürcüstanda həftə sonu keçirilən parlament seçkilərində "ciddi pozuntuların" olduğunu bildirib.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Sebastian Fişer "Biz beynəlxalq standartların pozuntularını pisləyir və beynəlxalq seçki müşahidəçilərinin pozuntuların tam araşdırılması ilə bağlı çağırışlarını dəstəkləyirik" deyib.

Berlində çıxış edən Fişer "müdaxilə (seçki prosesinə) və seçicilərin hədələnməsi baxımından əhəmiyyətli pozuntulara, həmçinin səsvermənin məxfiliyi ilə bağlı problemlərə" işarə edib.

"Bundan əlavə, seçki məntəqələrində ikiqat səsvermə və zorakılıq halları qeydə alınıb" deyib və növbəti mətbuat konfransında "hakim partiyanın seçkilərdən sonra müxalifət partiyalarına qarşı tədbir görəcəyi ilə bağlı hədələrin" olduğunu bildirib.

Gürcüstan müxalifəti hakim partiyanı Rusiyanın yardımı ilə parlament seçkilərini "oğurlamaqda" ittiham edərək, kütləvi nümayişlərə çağırıb.

Gürcüstan prezidenti Salome Zurabişvili deyib ki, seçkilərə müdaxilədə "Rusiya xüsusi əməliyyat" həyata keçirib.

Bazar ertəsi Reuters agentliyinə müsahibəsində Zurabişvili seçkilərdə rus tipli "metodologiyadan" istifadə edildiyinə inandığını deyib.

Hakim"“Gürcü Arzusu" partiyası səslərin təxminən 54%-ni qazandığını bəyan edib. Zurabişvili isə deyib ki, "Gürcü Arzusu" yalnız 40%-ə yaxın səs toplayıb.

Moldova prezidenti Maya Sandu da bazar ertəsi Gürcüstanın parlament seçkilərindəki pozuntuları pisləyib.

Sandu X media platformasında "Moldova azadlıq, demokratiya və Avropanın gələcəyi üçün mübarizə aparan bütün gürcüləri dəstəkləyir" deyib.

Xatırladaq ki, Gürcüstanda daha əvvəl seçkilər zamanı baş vermiş qanun pozuntuları ABŞ və Avropa İttifaqı tərəfindən pislənmişdi.

Dövlət katibi Antoni Blinken Gürcüstanın siyasi liderlərini qanunun aliliyinə hörmət etməyə çağırıb.

Dövlət katibinin Dövlət Departamentinin saytında dərc olunmuş bəyanatında "seçicilərin fəallığı gürcü xalqının demokratiyanı qəbul etdiyini nümayiş etdirir" - deyə, qeyd olunub.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) müşahidəçilərinin bildirdiyinə görə, Gürcüstanda iştirakçılar üçün qeyri-bərabər şərait, rüşvət, ikiqat səsvermə və seçicilərə təzyiq faktları ilə keçirilən parlament seçkiləri ölkədə demokratiyanın geriyə doğru getməsinin əlamətlərini göstərir. Müşahidəçilər Gürcüstanda seçki prosesinin beynəlxalq demokratik prinsiplərə kifayət qədər uyğun olmadığını vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.