İranın Rəşt şəhərində siyasi fəal Vədud Əsədinin məhkəmə iclası keçirilib

29-10-2024, 16:54           
İranın Rəşt şəhərində siyasi fəal Vədud Əsədinin məhkəmə iclası keçirilib
Gilan vilayətinin Rəşt şəhərində yaşayan milli fəal Vədud Əsədinin məhkəmə prosesi Rəşt İnqilab Məhkəməsində davam edir. Əsədi bu gün, 27 oktyabr tarixində özünün İnstagram hesabında Rəşt İnqilab Məhkəməsinin 3 saylı şöbəsində qiyabi olaraq çıxarılmış hökmə qarşı verdiyi etiraz üzrə iclasın keçirildiyini açıqlayıb.

Rəşt şəhərinin İnqilab Məhkəməsi sentyabrın sonunda Vədud Əsədini üç ayrı ittiham üzrə qiyabi olaraq 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi.
Bu ittihamlar arasında "sistemə qarşı təbliğat fəaliyyəti" üzrə 1 il həbs, "müxalif qruplaşmalara üzvlük" ittihamı ilə 3 il 6 ay həbs və "rəhbəri təhqir etmək" ittihamı ilə 1 il həbs cəzası yer alır.

Eyni iş üzrə milli fəal Yaşar Nikru da "sistemə qarşı təbliğat aparmaq" ittihamı ilə 1 il həbs cəzasına məhkum edilib.

İran cinayət qanunlarına görə, təqsirləndirilən şəxslər qiyabi qərarlara etiraz etmək hüququna malikdir və məhkəmə qarşısına çıxaraq müdafiələrini təmin edə bilərlər. Bu proses apellyasiya şikayətindən fərqli olaraq, ilkin qərarı çıxarmış məhkəmədə və eyni hakim tərəfindən aparılır.

Vədud Əsədi həmçinin Tehran İnqilab Məhkəməsi tərəfindən başqa bir iş üzrə 4 il həbs cəzası alıb. Hazırda onun üzləşə biləcəyi ümumi həbs müddəti 7 il 6 ay təşkil edir, lakin məhkəməyə etdiyi etirazın nəticəsi hələ müəyyən edilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.