Putin COP29-a niyə gəlmir? – Sensasion iki səbəb…

29-10-2024, 11:46           
Putin COP29-a niyə gəlmir? –
Rusiya Prezidenti Vladimir Putinin Bakıda keçirilən BMT-nin iqlim konfransında iştirakı məsələsi həllini tapmayıb. Kremlin mətbuat katibi Dmitri Peskov belə deyib. Putinin COP29 konfrasına gəlməyəcəyi artıq dəqiqləşdiyi üçün indi bunun səbəbi ictimaiyyəti maraqlandırır. Professor Qabil Hüseynli Tribunainfo.az-a deyib ki, Rusiya lideri bu ilin avqustunda Bakıda olub və yüksək səviyyədə qarşılanıb. Onun fikrincə, burada təhlükəsizlik və mühafizə ilə bağlı hər hansı amil ola bilməz. Professor əlavə edir ki, Putin Kazanda keçirilən BRİKS sammitində də BMT Baş katibi Antonio Quttereşlə qapalı danışıqlar aparıb, yəni Bakıdakı konfrans BMT-yə aiddir və burada iştirak etməməsi təşkilatla da bağlı ola bilməz. “Yeganə səbəb kimi onun Qərb liderləri ilə üzbəüz gəlmək istəməməsidir. Rusiya lideri kifayət qədər təcrübəli siyasi xadimdir və düşünür ki, avropalı liderlər onu pərt edə, çıxışı zamanı zaldan çıxa bilərlər, boykot skandalı olacaq. Lavrov da BMT-də çıxış edəndə bir çox rəsmilər zalı tərk etmişdi. İkincisi, Amerikadan Blinkenin gəlişi gözlənilir və Rusiya da prezident səviyyəsində təmsil olunmaq istəməyib. Bu yaxınlarda xəbər yayıldı ki, baş nazir Mixail Mişustin iştirak edəcək. Ona görə də bu iki amili ehtimal kimi görürəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.