Zurabişvili saxtakarlığı ermənilərlə müqayisə etdi - “Bizdə buna belə deyirlər”
29-10-2024, 17:42
Gürcüstan Prezidenti Salome Zurabişvili Gürcüstanda keçirilən parlament seçkilərində “erməni karuseli”ndən istifadə olunduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə “Associated Press”ə müsahibəsində bildirib.
Prezident seçkilərdəki mümkün saxtakarlığı “erməni karuseli” adlandırıb.
“Biz buna (seçki saxtakarlığına) “erməni karuseli” deyirik. Bilmirəm, bəlkə Ermənistanda bunu “gürcü karuseli” adlandırırlar. Bunun da mahiyyəti ondan ibarətdir ki, seçkilərə bir müddət qalmış sosial imkanları məhdud şəxslərdən müxtəlif bəhanələrlə şəxsiyyəti təsdiq edən sənədlər götürülür, sonra səsvermə üçün istifadə olunur. Bir şəxsiyyət vəsiqəsi və müxtəlif elektron cihazlarla bu, hətta 17 dəfə mümkündür. Onların ixtiyarında çox sayda şəxsiyyət vəsiqələri və şəxsi nömrələr olub”, - Zurabişvili qeyd edib.