"VƏZİFƏDƏN UZAQLAŞDIRILSIN VƏ HƏBS EDİLSİN" - Medvedev Zurabişviliyə “hökm oxuyub”

30-10-2024, 08:14           
"VƏZİFƏDƏN UZAQLAŞDIRILSIN VƏ HƏBS EDİLSİN" -
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və sabiq prezident Dmitri Medvedev bu dəfə Gürcüstan Prezidenti Salome Zurabişvilinin həbsini tələb edib.

“AzPolitika” xəbər verir ki, öz soaial şəbəkə hesabında ingilis dilində paylaşım edən Medvedev Gürcüstan hökumətinə müxalifəti dəstəkləyən Gürcüstan Prezidentinin vəzifəsindən kənarlaşdırılmasını və həbsini məsləhət görüb: “Gürcüstanın marionet prezidenti seçkilərin nəticələrini tanımaqdan imtina etdi və dövlət çevrilişinə çağırış edərək konstitusiyaya zidd getdi. Belə hallarda standart təcrübə vəzifədən uzaqlaşdırılma və həbsdir”.

Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili parlament seçkilərinin nəticələrini tanımadığını bəyan edərək, hazırkı hakimiyyəti qeyri-legitim adlandırıb və vətəndaşları etiraz aksiyalarına çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru