İvanişvili Saakaşvilini verib, Qərbdən bunu ala bilər – Gözlənilməz gəlişmə

31-10-2024, 00:13           
İvanişvili Saakaşvilini verib, Qərbdən bunu ala bilər –
“Bu gün Gürcüstan dövləti iki hissəyə bölünüb. Bir hissə Rusiya, digər hissə isə Avropa meyilli siyasəti dəstəkləyir”.

Bu fikirləri Globalinfo.az-a politoloq Elçin Abdullayev Gürcüstanda keçirilən parlament seçkilərində müxalifətin məğlubiyyətindən sonra keçmiş prezident Mixail Saakaşvilinin aqibətinin necə olacağına dair məsələyə münasibət bildirərkən deyib.

O qeyd edib ki, hazırda Gürcüstan hökuməti Saakaşvilinin azad olunması tələbini irəli sürmür:

“Amma davam edəcək etirazlar çərçivəsində Saakaşvilinin də həbsdən çıxarılması tələbi iqtidarın qarşısına qoyula bilər. Azadlığa çıxıb-çıxamayacağı sual doğurur. Hazırkı iqtidar hakimiyyətdə olduğu müddətdə Saakaşvilini həbsxanada saxlayacaq. Çünki o, Gürcüstan üçün çox önəmli fiqurdur. Onun azadlıqda olması mövcud iqtidarın hakimiyyətdən getməsinə təkan verə bilər”.

Politoloqun sözlərinə görə, “Gürcü Arzusu”nun qalibiyyətini nə Avropa İttifaqı, nə də ABŞ tanıyıb:

“Seçkilərin nəticələrinin yenidən sayılması ilə bağlı müzakirələr aparılır. Əgər saxtakarlıq ortaya çıxarsa, seçkilərin yenidən keçirilməsi qaçılmazdır. Bu zaman Gürcüstan hakimiyyəti seçkiləri istədiyi formada keçirə bilməyəcək. Bu gün Gürcüstanda ciddi hadisələr baş verir. Bir tərəfdə Qərb, digərində Rusiya durub.

Bəzi iddialara görə, Mixail Saakaşvili ilə bağlı hazırkı hakimiyyət bazarlığa gedə bilər. Qərbin basqısından müvəqqəti də olsa yayınmaq üçün Saakaşvilini verib, seçkiyə legitimlik sertifikatı əldə etməsi mümkündür. Bu da çox risklidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.