"Livan hökuməti İsrailin təcavüzünü dayandırmaq və mülki insanları qorumaq üçün hər şeyi edir". Bunu Livanın Baş naziri Nəcib Mikati "Al Jadeed" telekanalına verdiyi müsahibəsində deyib.
O, vasitəçilik səyləri sayəsində vəziyyətin tezliklə yaxşılığa doğru dəyişə biləcəyini bildirib.
"Ümid edirik ki, yaxın saatlarda və ya günlərdə atəşkəs haqqında razılığa gələ biləcəyik" ,- baş nazir vurğulayıb.
O, hazırda İsrailə gedən ABŞ prezidentinin köməkçisinin müavini, Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə baş müşaviri Eymos Hokstin ilə telefon danışığı apardığını qeyd edib.
"Hokstin mənə noyabrın 5-dən əvvəl müsbət nəticə əldə etməyin mümkün olduğuna inandığını söylədi" ,- Mikati əlavə edib.