2008-ci il müharibəsinə görə yalnız Saakaşvili məsuliyyət daşıyır - Medvedev

2-11-2024, 10:38           
2008-ci il müharibəsinə görə yalnız Saakaşvili məsuliyyət daşıyır - Medvedev
2008-ci il müharibəsinə görə yalnız Saakaşvili məsuliyyət daşıyır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev RT-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya və Gürcüstanın inancı və tarixi birdir.

"Biz tarixən qonşuyuq. Eyni inancımız, eyni tariximiz var. Bu tarix boyu gürcülərə dəfələrlə kömək etmişik. Bəli, bu hadisə olub, amma buna görə məsuliyyət daşıyan başqası deyil, məhz prezidentdir. NATO hərbi blokdur, Avropa İttifaqı kifayət qədər uzaqdadır, ABŞ-ni demirəm hələ... Rusiya isə yaxındır”, - deyə Medvedev vurğulayıb.

Qeyd edək ki, 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında müharibə olan zaman Rusiyada prezident vəzifəsini Dmitri Medvedev, Gürcüstanda isə Mixeil Saakaşvili tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru