Politoloq: "İsraillə müharibə olarsa, Azərbaycana cənubdan insan axını olacaq"

4-11-2024, 15:50           
Politoloq: "İsraillə müharibə olarsa, Azərbaycana cənubdan insan axını olacaq"
İran-İsrail gərginliyi başlayan gündən hər birimizə cənublu soydaşlarımızın mövqeyi maraqlıdır. Gərginliyin müharibəyə çevrilməsi halında region xalqları üçün nələr baş verə bilər?

İran və İsrail arasındakı gərginliklə bağlı Demokrat.az-a danışan güneyli soydaşımız olan politoloq Əlirza Zəmani bildirib ki, müharibənin heç bir tərəfə faydası yoxdur:

"İranda əhalinin yarısından çoxu azərbaycanlıdır. Buna görə də İsrailin hücumlarından zərər görənlərin ən az 50%-i azərbaycanlılar olacaq. Cənubi azərbaycanlılar da İranla İsrail arasındakı gərginliyin müharibəyə çevrilməsini istəmirlər.

Ümid edirik ki, bu geniş miqyas almayacaq. Müharibə olarsa, qonşu dövlətlərə, xüsusilə Azərbaycana ciddi mənfi təsir olacaq. Ən başda Azərbaycana çoxlu sayda insan axını olacaq. Cənubi azərbaycanlılar bura üz tutacaqlar. Bu da indiki vəziyyətdə Azərbaycanın daxilində ciddi problemlər yarada bilər. Həm iqtisadi, həm də sosial problemlər yaranacaq. Azərbaycan da daxil olmaqla İranın digər qonşuları üçün də müharibə arzuolunmazdır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.