Şimali Koreya Rusiyaya hərbi dəstəyinin əvəzində bu məhsulu alacaq

5-11-2024, 07:04           
Şimali Koreya Rusiyaya hərbi dəstəyinin əvəzində bu məhsulu alacaq
Cənubi Koreya kəşfiyyatı və hərbi rəsmilərinin bildirdiyinə görə, Şimali Koreya Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarını dəstəkləmək üçün döyüşlərə minlərlə hərbçi göndərib. Rusiyanın Şimali Koreyaya hərbi dəstək qarşılığında isə hər il 600-700 min ton düyü verəcəyi iddia edilib.

Demokrat.az bildirir ki, Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti bu əməkdaşlığın uzunmüddətli faydasının Şimali Koreya üçün məhdud olacağına dair təhlil dərc edib.

Bəzi ekspertlər Pxenyanın bu addımının Moskvanı mümkün gərginlikdə öz tərəfinə çəkmək strategiyasının bir hissəsi olduğunu deyirlər.

Milli Təhlükəsizlik Strategiya İnstitutunun məlumatına görə, Şimali Koreyanın qoşun göndərmək qərarı ABŞ prezident seçkilərindən əvvəl Donald Trampın qalib gələcəyi təqdirdə Ukrayna müharibəsinin tezliklə bitəcəyi gözləntilərinə əsaslanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru