Ballistik raketə qarşı uzaqmənzili bombardmançı təyyarə: Uzaq Şərqdə “əsəb müharibəsi”
5-11-2024, 11:34
Moderator.az xəbər verir ki, Şimali Koreyanın həyata keçridiyi son ballistik raket sınağı ABŞ-ı hərəkətə keçirib. Belə ki, Pentaqon Şimali Koreyanın bu sınağına cavab olaraq özünn uzaqmənzilli bombardmançı təyyarəsini Uzaq Şərqə göndərib. ABŞ təyyarəsi Yaponiya və Cənubi Koreya ilə birgə təlimlərdə iştirak edib, bununla da mümkün hərbi təhlükə anında üç dövlətin Şimali Koreyanın təxribatına birgə cavab verəcəyi mesajını verib.
Mütəxəssislər isə hesab edir ki, Şimali Koreyanın ballistik raketinə cavab olaraq ABŞ-ın uzaqmənzilli bombardmançı təyyarəsini Uzaq Şərqə göndərməsi iki dövlət arasında başlanan “əsəb mharibəsi”nin göstəricisidir. Ekspertlərin fikrincə, yaxın gələcəkdə ABŞ-la Şimali Koreya arasında psisoloji mharibə daha da genişlənəck ki, bu da Cənubi Koreya, Yaponiya kimi ölkələrə də sirayət edəcək, regionda vəziyyəti gərginləşdirəcək. Bundan başqa, davamlı “əsəb müharibəsi”nin real hərbi qarşıduma riskini də yüksəldəcəyi ehtimal olunur.