Bayden son zamanlar Trampa əlindən gələn yardımı edir - POLİTOLOQ

6-11-2024, 08:45           
Bayden son zamanlar Trampa əlindən gələn yardımı edir - POLİTOLOQ
Böyük siyasi təcrübəsi olan Bayden son zamanlar Trampa əlindən gələn yardımı edir - əslində, Baydenə Demokratlar partiyası çox hörmətsizlik etdi, Harrisin, “mən Bayden olmayacam”, açıqlaması isə kişini lap qəzəbləndirdi. Qəsdən, məncə bəli, qəsdən Trampın tərəfdarlarını “zibil” adlandırdı, bununla da seçkiyə 6-7 gün qalmış Respublikaçılara böyük yaxşılıq etmiş oldu. Hər halda, hələ ki, fəaliyyətdə olan prezident Baydendir, onun komandası hələ də Baydenin sözünə baxır, Harris artıq elan edib ki, qalib gəlsə Bayden Administarsiyasında yer alan hər kəsi dəyişəcək – bu bəyanatdan sonra Bayden komandasının bəzi üzvləri əlini daşın altına qoymaqdan imtina etdilər. Demokratların “ikonası” olan Obama ailəsi belə bu seçkilərdə çox da aktivlik etmədilər, çünki, onlar Harrisi daha çox Klinton ailəsinin namizədi sayırlar.
Çox az vaxt qaldı, Amerika Dünya üçün prezident seçir, bəli, məhz dünya üçün, çünki, daxildə qurulmuş nəzarət və tarazlıq sistemi effektivdir, prezident kafasına görə daxildə davrana bilmir, amma xarici siyasətdə daha sərbəstdir, səlahiyyəti daha çoxdur...
Natig Cəfərli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru