Kreml: Rusiyanın ABŞ və Kanada reylərində planlaşdırdığı yanğınlar barədə məlumat yalandır

6-11-2024, 09:45           
Kreml: Rusiyanın ABŞ və Kanada reylərində planlaşdırdığı yanğınlar barədə məlumat yalandır
Diplomat qeyd edib ki, yayılan qeyri-müəyyən informasiyalar heç bir etibarlı mənbə tərəfindən dəstəklənmir.
Rusiyanın guya transatlantik reyslərdə yanğın və partlayışlar planlaşdırması barədə məlumatlar yalandır.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib
"Qeyd etdiyiniz nəşr və digər kifayət qədər hörmətli olan nəşrlər çox vaxt belə qeyri-müəyyən informasiyalar yayırlar. Bu da heç bir etibarlı mənbə tərəfindən dəstəklənmir. Bu, məncə, növbəti saxtakarlıqlardan biridir", - Peskov jurnalistin Rusiya kəşfiyyatını ABŞ və Kanadaya gedən yük təyyarələrində partlayışlar təşkil etmək cəhdində ittiham edən xəbərlərə Kremlin münasibətini açıqlayarkən deyib.
Bu yaxınlarda "The Wall Street Journal" qəzeti Qərb kəşfiyyat xidmətlərinin nümayəndələrinə istinadən yazıb ki, Rusiya hərbi kəşfiyyatı və Baş Kəşfiyyat İdarəsi (BKİ) ABŞ və Kanadaya uçan yük təyyarələrində yanğınların təşkili cəhdinin arxasında dayanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru