Trampın üstünlüyünü saxlayan əvvəlcədən gözə görünməyən səbəb Rusiyanın müdaxiləsidir.

7-11-2024, 08:34           
Trampın üstünlüyünü saxlayan əvvəlcədən gözə görünməyən səbəb Rusiyanın müdaxiləsidir.
Kamala Harris debatı udmuşdu, sorğuların çoxunu udmuşdu, ianə verənlərin sayı baxımından rəqabəti udmuşdu, exit poll-u udmuşdu, amma seçkini uduzdu. Təəccüblü deyil?!Necə olub ki, qutular açılanadək Trampın üstünlüyü gözə çarpayıb? Əvvəlcədən gözə görünməyən səbəb Rusiyanın müdaxiləsidir.
ABŞ kimi demokratik dövlətlərdə namizədlər arasında fərq cüzi olur və kiminsə seçilməsini təmin etmək üçün 2-3 faizlik kənar müdaxilə bəs edir.
Seçki kampaniyası dövründə Rusiya internet vasitəsilə ABŞ-ın sosial şəbəkələrində on minlərlə feyk xəbər yayıb. Bu xəbərlərin məqsədi Harrisi gözdən salmaq, Trampın nüfuzunu artırmaq olub. Amerika kəşfiyyat orqanları bunu rəsmən qeydə alıb, ictimaiyyəti xəbərdar edib və əksəriyyət buna inanmayıb. Amma cəmi 2-3 faizin rəyini manipulyasiya etmək bəs edir ki, seçkinin nəticəsi dəyişsin. Vladimir Putin həm birbaşa, həm də gizlincə əlaqə saxladığı İlon Mask vasitəsilə Trampa hər cür dəstək verib. Mask hər gün potensial Tramp tərəfdarı olan seçicilər arasında keçirilən lotoreyaya milyon dollar xərcləyib, ümumiyyətlə onun secki kampaniyasının baş sponsoru olub.
Eyni mənzərə Gürcüstanda da yaranmışdı: müstəqil şirkətlərin sorğularında və exit poll-larda "Gürcü arzusu" cəmi 40 faiz səs toplayırdı. İvanişvilinin partiyası Tbilisidə mitinq keçirmək üçün rayonlardan işçiləri avtobuslarla gətirirdi. Amma qutular açılanda məlum oldu ki, 52 faiz toplayıb.
Dünyada demokratiyanın durumu daha da pisləşdi. O baxımdan bu gün tək Harris yox, tək demokratların yox, bütün bəşəriyyətin uduzduğu gündür...
Mustafa Hajibeyli.
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.