ABŞ Ukrayna ətrafında münaqişəni çox tez bitirə bilər - Peskov

7-11-2024, 09:38           
ABŞ Ukrayna ətrafında münaqişəni çox tez bitirə bilər - Peskov
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, ABŞ həm birbaşa, həm də dolayısı ilə Ukrayna münaqişəsində iştirak edir.
Amerika Birləşmiş Ştatları Ukrayna ətrafında münaqişəni çox tez dayandıra bilər. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Bilik. Birincilər" federal təhsil marafonu çərçivəsində bildirib.
“Amerika (ABŞ-red.) Ukrayna ətrafında münaqişəni çox tez bitirə bilən ölkədir. Çünki bu, həm birbaşa, həm də dolayısı ilə bu münaqişədə iştirak edən ölkədir”, - Peskov bildirib.

RF prezidentinin mətbuat katibi ABŞ-da keçirilən prezident seçkilərinə toxunaraq deyib ki, Rusiyanın öz gündəliyi var, bu, daha vacibdir, Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi isə amerikalılara aid məsələdir.
Ukratnadakı xüsusi hərbi əməliyyat barədə danışan Kreml rəsmisi bildirib ki, Rusiya bütün məqsədlərinə çatana qədər əməliyyat davam edəcək.
"Bütün məqsədlərimizə çatana qədər xüsusi hərbi əməliyyat keçirəcəyik", - Peskov bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru