Donald Tramp niyə qalib gəldi? – Amerikalı professor səbəbi açıqladı

7-11-2024, 15:26           
Donald Tramp niyə qalib gəldi? –
ABŞ vətəndaşlarının çoxu inflyasiyadan narazıdır, buna görə Prezident Co Baydeni günahlandırırlar.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Nüvə Araşdırmaları İnstitutunun direktoru, professor Piter Kuznik deyib.

“ABŞ-ın çoxsaylı vətəndaşlarının Donald Trampı dəstəkləməsi məni sarsıtdı. Çünki o, miqrantları təhqir edir, onlara "Amerika qanını ləkələyən" insanlar kimi baxır, ağ irqin üstünlüyü prinsipinə sadiqdir, zorakılığa çağırışlar edir, hipermillətçiliyi təbliğ edir, qadınlara qarşı kobud nifrəti ilə tanınır. Amma qalib gələn də o oldu. Çoxsaylı amerikalı inflyasiya və ölkədə həyat səviyyəsini aşağı salan miqrasiyadan narazıdır. Bunun günahını Bayden və Harrisdə görürlər. Demokratların demokratiya və insan ləyaqəti ilə bağlı çağırışları onlar üçün yalnız bir abstraksiyadı”, - professor qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru