Bayden və Si Peruda APEC sammiti çərçivəsində görüşəcək
14-11-2024, 15:44
ABŞ Prezidenti Co Bayden və Çin Prezidenti Si Cinpin noyabrın 16-da Perunun paytaxtı Limada keçiriləcək Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı və ya APEC sammiti çərçivəsində görüşəcək.
Görüş liderlərin bir il əvvəl Kaliforniyada APEC sammiti çərçivəsində son təkbətək və G20 sammiti çərçivəsində 2022-ci ildə Balidə baş tutan görüşündən sonra keçirilir. Bayden və Sinin əməkdaşlıq sahələri, xüsusən də hərbi əlaqələrin bərpası, qlobal fentanil böhranı ilə mübarizə səyləri və süni intellekt (AI) riskləri ilə mübarizə məqsədilə yeni başlayan işlərə yenidən baxması gözlənilir. Bu barədə Ağ Ev çərşənbə günü məlumat yayıb.
ABŞ Prezidenti həmçinin Pekinin Moskvanın Ukraynaya qarşı müharibəsini dəstəkləməsindən və Şimal Koreya qoşunlarının Rusiyaya yardım etmək üçün yerləşdirilməsindən "dərin narahatlığını" ifadə edəcək. Baydenin Çinin "ədalətsiz ticarət siyasəti və bazar xarakterli iqtisadi praktikaları" üzərindəki "uzunmüddətli narahatlığını" da təkrar edəcəyini bildirilib ki, bu da ABŞ işçilərinə zərər verir.
Bayden administrasiyasının rəsmisi qeyd edib edib ki, Bayden ABŞ kritik mülki infrastrukturuna qarşı Çin kiber hücumları ilə yanaşı, Tayvan və Cənub Çin Dənizində Pekinin artan hərbi fəaliyyətlərini də toxunacaq, eyni zamanda insan hüquqlarına hörmətin vacibliyini vurğulayacaq.
Görüş Bayden və Si arasında Donald Trampın yanvar ayında vəzifəyə başlamasından əvvəl sonuncu görüş ola bilər. Tramp xarici siyasət sahəsində əhəmiyyətli Çin tənqidçilərini əsas vəzifələrə təyin edib. Bu şəxslər arasında Respublikaçı Konqresmen Mayk Volts Trampın milli təhlükəsizlik üzrə müşaviri və senator Marko Rubio dövlət katibi seçilib.
“Növbəti administrasiya nə qərar verərsə versin, ABŞ və Çin arasındakı "çətin, mürəkkəb münasibətləri" idarə etmənin yollarını tapmalıdırl”, rəsmi Amerikanın Səsinin sualının cavabında bildirib. O deyib ki, "Rusiya, iki sahil məsələləri, Cənub Çin dənizi və kibertəhlükəsizlik, növbəti administrasiyanın diqqətlə düşünməsi lazım olan sahələrdir, çünki bunlar Çinlə dərin siyasət fərqlilikləridir və onların aradan qalxacağını gözləmirəm".
Si Tramp administrasiyasının qlobal ticarətlə bağlı nə etməyi planlaşdırdığını, xüsusən də bütün Çin mallarına sərt tariflərin tətbiqi vədinə əməl edib-etməyəcəyini gözləyir.