Beynəlxalq Amnistiya Təşkilatı İsrailin Qəzzada soyqırım törətdiyini bildirir

6-12-2024, 10:44           
Beynəlxalq Amnistiya Təşkilatı İsrailin Qəzzada soyqırım törətdiyini bildirir
İsrail Amnesty İnternational-ın Qəzzada soyqırım törətməkdə ittiham etdiyi yeni hesabatının “tamamilə yanlış və yalana əsaslandığını” bildirir, eyni zamanda insan haqları təşkilatını “acınacaqlı və fanatik təşkilat” kimi pisləyir.

Londonda yerləşən qurum cümə axşamı hesabat yayaraq, İsrail və ordusunun 1948-ci il Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi Soyqırım Konvensiyasını pozduğu qənaətinə gəlib. Konvensiyada soyqırımı “milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilən hərəkətlər” kimi müəyyən edilir”.

Təxminən 300 səhifəlik hesabat 7 oktyabr 2023-cü ildə HƏMAS militantlarının İsrailin cənubuna 1200 nəfərin ölümü və 250 nəfərin girov götürülməsi ilə nəticələnən hücumundan sonra başlayan doqquz aylıq dövrü əhatə edir. İsrail buna cavab olaraq Fələstin anklavına qurudan və havadan geniş hərbi kampaniyaya başlayıb.

Amnesty bildirib ki, o, İsrail rəsmilərinin yüzlərlə “qeyri-insani və soyqırım xarakterli bəyanatları”na və Qəzzadan alınan hesabatlara əsaslanaraq bu qənaətə gəlib. Hesabatda İsrailin 2023-cü ilin oktyabrından 2024-cü ilin aprelinə qədər həyata keçirdiyi 15 hava hücumunda 141-i uşaq olmaqla, 334 mülki şəxsin həlak olduğu, lakin zərbələrin hər hansı birinin hərbi hədəflərə yönəldiyinə dair heç bir sübut olmadığını bildirib.

Qrup qeyd edib ki, İsrailin hərəkətləri, o cümlədən Qəzzanın 2,3 milyon əhalisinin əksəriyyətini didərgin salan kütləvi evakuasiya əmrləri və humanitar yardımların çatdırılmasının məhdudlaşdırılması, qəsdən fələstinlilərin “yavaş, hesablanmış ölüm” yolu ilə məhv edilməsinə səbəb olub.

Amnesty-nin baş katibi Aqnes Kallamard hesabatda bildirib ki, qrupun nəticələri “beynəlxalq ictimaiyyət üçün həyəcan zəngi olmalıdır: bu soyqırımdır”.

Kallamard bildirib ki, İsrailin əsas beynəlxalq müttəfiqi olan ABŞ və İsraili silahla təmin edən digər dövlətlər soyqırıma şərik olmaq riski altındadır.

X sosial media platformasında yayımlanan bəyanatda İsrail Xarici İşlər Nazirliyi hesabatı “uydurma” adlandırıb və oktyabrın 7-də “soyqırımı” həyata keçirənin HƏMAS olduğunu bildirib. Bəyanatda o vaxtdan bəri İsrailin beynəlxalq hüquqa tam uyğun olaraq özünü “yeddi müxtəlif cəbhədən gündəlik hücumlara” qarşı müdafiə etdiyi bildirilir”.

The Washington Post İsrail ordusundan Amnesty-nin “soyqırım və qəsdən zərər vurma iddialarını təkcə əsassız deyil, həm də HƏMAS-ın mülki şəxslərdən canlı qalxan kimi istifadə etməsi və İsrail mülkilərini qəsdən hədəf alması da daxil olmaqla, beynəlxalq hüququ pozmasına məhəl qoymur” deyilən bəyanat əldə etdiyini bildirib”.

Amnesty-nin İsraildəki şöbəsi də soyqırımın baş verdiyinə dair heç bir tutarlı dəlil olmadığını bildirərək, onun əsas qrupunun irəli sürdüyü ittihamları rədd edib.

İsrail ofisi hesabat üçün araşdırmada iştirak etmədiyini, eyni zamanda İsrailin insanlığa qarşı törətdiyi mümkün cinayətlərlə bağlı araşdırma aparılmasının lazım olduğunu bildirib.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzzada əks-hücum etməsi nəticəsində 44 500-dən çox fələstinli həlak olub. Onların yarısından çoxunun qadınlar və uşaqlar olduğu bildirilir. İsrail deyir ki, ölənlər arasında minlərlə militant var.

İsrail bildirib ki, HƏMAS militantları tez-tez yaşayış binalarından, məktəblərdən və xəstəxanalardan əməliyyat üçün istifadə edir. HƏMAS İsrail qüvvələrini fərq qoymadan hücumlarda ittiham edərək bunu rədd edir.

Amnesty-nin hesabatı beynəlxalq ictimaiyyətdə İsraili Qəzzaya qarşı apardığı müharibədə insan haqlarını pozmaqda ittiham edən səslərə qoşulur.

Beynəlxalq Cinayət Məhkəməsi keçən ay İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın müharibə üsulu olaraq aclıq da daxil olmaqla, müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər törətməkdə ittiham olunaraq həbs edilməsinə order verib.

Cənubi Afrika BMT-nin dəstəklədiyi Haaqa Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı soyqırım ittihamı irəli sürüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.