Quru sərhəd açılır? — Azərbaycanla Rusiya arasında qatar reysləri bərpa olunur

18-01-2025, 15:04           
Quru sərhəd açılır? —
Mart ayından etibarən Azərbayan və Rusiya arasında qatarla sərnişindaşıma bərpa olunacaq.

TEREF bildirir ki, bu barədə “Gununsesi.info”-ya məlumatlı mənbələr bildirib. Qeyd olunur ki, hər iki ölkənin müvafiq qurumları arasında bununla bağlı razılıq əldə olunub.

Ötən il dekabrın 25-də Bakıdan Qroznı şəhərinə uçan Azərbaycan Hava Yollarına məxsus “Embrader 190” sərnişin təyyarəsinin Rusiya səmasında HHQ tərəfindən vurulmasından sonra qonşu ölkənin 10-a yaxın hava limanına uçuşlar dayandırılıb.

Məlumdur ki, bu hadisədən bir neçə gün sonra gözləntilərin əksinə, Baş nazir Əli Əsədov Azərbaycanda xüsusi karantin rejiminin növbəti dəfə aprelin 1-ə qədər uzadılması haqda qərar verib. Nəticədə Rusiyada çalışan azərbaycanlılar gediş-gəliş problemi ilə üzləşib.

Görünür, Rusiya və Azərbaycan hökumətləri arasında qatar vasitəsi ilə sərnişindaşımanın bərpa olunması barədə razılaşma problemin qismən həllinə yönəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru