Donald Trampla İlon Maskın da 4 il birlikdə məsafə qət edəcəklərinə şübhə ilə yanaşıram

23-01-2025, 15:38           
Donald Trampla İlon Maskın da 4 il birlikdə məsafə qət edəcəklərinə şübhə ilə yanaşıram
Necə ki, iki qoçun başı bir qazanda qaynamaz, Donald Trampla İlon Maskın da 4 il birlikdə məsafə qət edəcəklərinə şübhə ilə yanaşıram.
Hər ikisi reklamı və piarı, o cümlədən diqqət mərkəzində olmağı xoşlayır.
Tramp hələlik Maska dözür, ona administrasiyada xüsusi səlahiyyəti olmayan vəzifə də verib. Ancaq İlon Mask vəzifəyə sığmayan birisidir, adam enerji daşıyıcısıdır, belə olmasaydı, gənclik illərindən başlayaraq müxtəlif layihələrin müəllifi olmazdı.
Donald Trampın dünənki andiçmə mərasimində İlon Maskın darıxdığı açıq müşahidə edilirdi, təntənəli mərasimlər və uzun niqtlər onluq deyil.
İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər. Maskın Çinlə ortaq layihələri mövcuddur, Rubio isə Çinə qarşı ən sərt qərarların qəbulunun tərəfdarıdır.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru