KİV: "ABŞ Krımı Rusiya ərazisi kimi tanıya bilər"

18-03-2025, 09:02           
KİV: "ABŞ Krımı Rusiya ərazisi kimi tanıya bilər"
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynada münaqişənin sülh yolu ilə həlli üzrə saziş çərçivəsində Krımın Rusiya ərazisi kimi rəsmən tanınmasını nəzərdən keçirir.

Bu barədə "Semafor" portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Amerika administrasiyasının nümayəndələri BMT-ni oxşar addım atmağa çağırmaq imkanını da müzakirə edirlər.

Qeyd edilir ki, Tramp bu məsələ ilə bağlı hələ yekun qərar qəbul etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru