İrandan Trampın məktubuna cavab - "Hər hansı hücumda sərhəd tanımayacağıq"

30-03-2025, 12:24           
İrandan Trampın məktubuna cavab -
Tehranın ABŞ Prezidenti Donald Trampın məktubundakı bütün fikri və bəndlərə cavab verdiyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, rəsmi Tehranın cavabında əsas diqqət dörd əsas mövzuya yönəlib: nüvə proqramı, ballistik raketlər, regional siyasət və təhdidlər.

“Tehran ABŞ prezidentinin məktubuna onun öz üslubuna uyğun şəkildə cavab verilib”, – deyə məlumatda qeyd edilib.

Həmçinin vurğulanıb ki, İran yalnız 2015-ci il Nüvə Sazişi çərçivəsində və qarşılıqlı hörmət əsasında danışıqlara açıqdır, eyni zamanda müdafiə və raket proqramları ilə bağlı danışıqları qəti şəkildə rədd edir.

Mənbənin məlumatına görə, İran administrasiyası öz milli təhlükəsizliyini və maraqlarını qətiyyətlə qoruyacağını və hər hansı hücuma cavab verməkdə heç bir sərhəd tanımayacağını vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru