HƏMAS Qəzzada atəşkəs təklifi ilə razılaşıb

30-03-2025, 11:47           
HƏMAS Qəzzada atəşkəs təklifi ilə razılaşıb
Fələstinin radikal HƏMAS hərəkatı Misir və Qətərdən aldığı atəşkəs təklifinin şərtləri ilə razılaşıb.
TASS xəbər verir, bu barədə HƏMAS-ın Siyasi Bürosunun üzvü, Qəzza zolağındakı lideri Xəlil Əl-Həya Ramazan ayının başa çatması ilə bağlı videomüraciətində bildirib.

"Biz iki gün əvvəl Misir və Qətərdəki vasitəçilərdən aldığımız təkliflə razılaşdıq", - əl-Həya vurğulayıb.

Əl-Həya həmçinin bildirib ki, HƏMAS Misirin Qəzza zolağının idarə olunması üçün texnokratlardan ibarət komitə yaratmaq təklifinin həyata keçirilməsində irəliləyiş əldə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru