Ukraynanın tələbi ilə ATƏT-in təcili iclası keçiriləcək

8-04-2025, 10:28           
Ukraynanın tələbi ilə ATƏT-in təcili iclası keçiriləcək
ATƏT Rusiyanın Krıvoy Roqa raket zərbəsi endirməsi ilə əlaqədar növbədənkənar iclas keçirəcək.

Bunu Ukraynanın ATƏT və Vyanadakı digər beynəlxalq təşkilatlardakı nümayəndəsi Yuri Vitrenko bildirib.

"Rusiyanın Krıvoy Roqda uşaqlara və böyüklərə qarşı qanlı raket hücumuna, eləcə də bütün Ukraynada mülki şəxslərə qarşı terrorun şiddətlənməsinə cavab olaraq Ukraynanın tələbi ilə sabah (8 aprel) ATƏT-də Daimi Şuranın fövqəladə xüsusi sessiyası çağırılır", - o, sosial şəbəkədə yazıb.

Xatırladaq ki, aprelin 4-də Rusiya hərbçilərinin Ukraynanın Krıvoy Roq şəhərini ballistik raketlərlə atəşə tutması nəticəsində 20 nəfər, o cümlədən 9 uşaq ölüb, 70-dən çox insan yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru