Krım məsələsi danışıqlarda mərkəzi yerdədir - Fransa hökumətinin sözçüsü

29-04-2025, 00:04           
Krım məsələsi danışıqlarda mərkəzi yerdədir -
"Krım məsələsi Ukraynada davamlı sülhə nail olmaq üçün aparılan danışıqlarda və fikir mübadiləsində mərkəzi yer tutur".

Teleqraf xəbər verir ki, bu barədə Fransa hökumətinin sözçüsü Sofi Prima bildirib.

“Krım məsələsi danışıqların əsasını təşkil edir. Əlbəttə, Ukraynanın rəyi və yekun mövqeyi olmadan bu problem həll edilə bilməz”, - o vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl ukraynalı həmkarı Volodimir Zelenskinin Krımı Rusiyaya güzəştə getməyə hazır olduğunu açıqlayıb. Rusiya xarici işlər naziri Sergey Lavrov da bu gün bəyan edib ki, Krımla yanaşı, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin mülkiyyətinin (Rusiya ərazisi kimi – red.) beynəlxalq səviyyədə tanınması münaqişənin həlli üçün zəruridir.

Ukyrayna sözügedən bölgələrindəki Rusiya işğalını tanımır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru