İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... - EVCİK-EVCİK OYNAYIRLAR...

29-04-2025, 11:10           
İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... - EVCİK-EVCİK OYNAYIRLAR...
Mayın 21-də Azərbaycan ərazisində ləğv edilmiş separatçı-terrorçu rejimin Ermənistana gedə bilmiş sonuncu qondarma “prezidenti” Samvel Şahramanyanın səlahiyyət müddəti başa çatır. Məlum səbəblərə görə yeni “seçki”lərin keçirilməsi mümkün olmadığından, separatçı “deputat”lar bu yaxınlarda edilən “konstitusiya” dəyişikliklərinə əsasən “parlament”ə yeni prezidenti seçmək səlahiyyəti veriblər. Namizədlər “prezident”in istefasından sonra 7 gün ərzində təqdim edilməlidir.

Moderator.az xəbər verir ki, “Hraparak” belə yazır.

Daha sonra bildirilir ki, 1990-cı illərdə seperatçı-terrorçu rejimin “müdafiə naziri”, 2020-ci ildə isə “təhlükəsizlik şurasının katibi” vəzifələrində olmuş separatçı-işğalçı general Samvel Babayanın komandasında onun namizədliyini irəli sürmək istəyi güclü olsa da, Babayan belə bir istəyinin olmadığını bəyan edib.

“Samvel Şahramanyan da hələ də tərəddüd edir, əvəzində Ermənistan Respublikasının siyasi dairələrində prezidentliyə namizədin yeni adı tirajlanır. Söhbət İcevandan olan, müharibədən sonra artsax hökumətində ərazi idarəetmə və infrastruktur naziri vəzifəsini tutmuş və son illərdə kifayət qədər aktiv fəaliyyət göstərən Hayk Xanumyandan gedir. Onunla əlaqə saxlaya bilmədik, amma söz belədir ki, o, həm də Babayanın komandası üçün məqbul namizəddir”, - daha sonra xəbərdə bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru