"ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir" - Tramp

25-05-2025, 12:44           
"ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir" - Tramp
ABŞ Ordusu Rusiya-Ukrayna müharibəsi zamanı dronlardan istifadə təcrübəsini fəal şəkildə öyrənir.
TASS xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vest-Poyntda Hərbi Akademiyanın məzunları qarşısında çıxışı zamanı deyib.

"İstər inanın, istərsə də inanmayın, siz hər şeyin müharibə qədər sürətlə dəyişdiyi işdə və peşədəsiniz. Təəssüf ki, biz bunu Rusiya və Ukraynada görürük. Bunu öyrənmək çox qorxulu şeydir, lakin biz müxtəlif döyüş formalarını görürük. Biz pilotsuz təyyarələrin sürətlə və dəqiq bucaq altında endiyini görürük”, - ABŞ lideri bildirib.

O vurğulayıb ki, ABŞ Silahlı Qüvvələrinin əsas vəzifəsi ölkənin sərhədlərini işğaldan qorumaq olacaq.

Tramp həmçinin bildirib ki, ABŞ hipersəs silahlarının hazırlanmasını başa çatdırıb və hazırda onları böyük miqdarda istehsal edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru