“Gizli missiya” işə salındı - Consonu geri qaytarırlar

25-05-2025, 12:16           
“Gizli missiya” işə salındı -
Britaniyanın Mühafizəkarlar Partiyasının yüksək rütbəli üzvləri keçmiş baş nazir Boris Consonla Naydjel Farradjın sağçı İslahat Böyük Britaniya partiyasına meydan oxuya biləcək yeganə şəxs kimi siyasətə qayıtmaq barədə danışmaq üçün “gizli missiya”dadırlar.

Publika.az xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.

Tabloid yazır ki, partiya hazırda müxalifətdə olan Mühafizəkarların lideri olaraq Kemi Badeniukun yerinə Consona ümid edir.

"Boris Consonun köhnə komandasında olan bəzi şəxslər ona yenidən mesaj yazmağa başlayıblar ki, geri qayıtmasına nail olsunlar", - partiyadakı mənbə bildirib.

Vurğulanıb ki, Mühafizəkarlar Consonun Naydjel Farradj və onun partiyasını “öz üzərinə götürə biləcək yeganə şəxs” olduğuna inanırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru