Ştaynmayer hökuməti xəbərdar edir: “Hər mübahisəni ictimailəşdirmək olmaz”

Dünən, 08:14           
Ştaynmayer hökuməti xəbərdar edir:
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer federal hökuməti əvvəlki “işıqfor koalisiyası”na nisbətən daha birlik içində çıxış etməyə çağırıb. O, MDR-ə verdiyi açıqlamada bildirib ki, artıq hər bir fikir ayrılığı ictimai şəkildə nümayiş etdirilməməlidir. Diqqət problemlərin həllinə və kompromislərin tapılmasına yönəlməlidir.
Prezident əlavə edib ki, insanlar, məsələn, enerji qiymətləri mövzusunda cavablar gözləyir. O vurğulayıb ki, həyat və iqtisadi şəraitin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüslərə ehtiyac var. Ştaynmayer demokratiya institutlarına azalan inamın yenidən qazanıla biləcəyinə ümidli olduğunu bildirib.
Ştaynmayer Şərqi Almaniyada keçirilmiş seçkilərin nəticələrinə münasibət bildirərək, Almaniya üçün Alternativ (AfD) partiyası ilə ölkənin şərq regionunu eyniləşdirməməyə çağırıb. Onun sözlərinə görə, insanların bəzən etiraz məqsədilə bu cür partiyalara üz tutması təkcə Şərqi Almaniyaya xas bir hal deyil.
Ştaynmayer bu fikirlərini “Almaniyada yerli vaxt” adlı layihəsi çərçivəsində səsləndirib. O, ötən həftə xidməti fəaliyyətini üç gün müddətinə Saksoniyaya köçürmüşdü.
Sarvan Səmədoğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.