Niderland Ukraynaya “F-16” qırıcılarının verilməsi prosesini yekunlaşdırır
26-05-2025, 10:14
Niderland Ukraynaya 24 ədəd “F-16” qırıcı təyyarəsinin verilməsi prosesini yekunlaşdırır. APA-nın xəbərinə görə, bu barədə Niderland müdafiə naziri Ruben Brekelmans bildirib.
Qeyd edilib ki, mayın 26-da Niderland Ukraynaya 24-cü – sonuncu “F-16”-nı göndərəcək. Bununla da Niderland Ukraynaya 24 ədəd “F-16”-nın verilməsinə dair vədini tam yerinə yetirmiş olacaq.