Bu Afrika ölkəsi Almaniya ilə hərbi əməkdaşlığı dayandırır

26-05-2025, 09:38           
Bu Afrika ölkəsi Almaniya ilə hərbi əməkdaşlığı dayandırır
Uqanda hakimiyyəti Almaniya ilə hərbi əməkdaşlığı dayandırmaq qərarı verib.
Bu addım Almaniyanın Uqandadakı səfiri Matias Şauerin ölkənin daxili işlərinə qarışmaqda ittiham olunması ilə əlaqələndirilir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Monitor" nəşri məlumat yayıb.

“Uqanda Silahlı Qüvvələri Almaniya ilə bütün müdafiə və hərbi əməkdaşlığın dərhal dayandırıldığını elan edib. Buna səbəb kimi Berlin səfirliyinin Kampaladakı nümayəndəsinin ehtimal edilən təxribatçı fəaliyyəti göstərilir”,-deyə nəşr yazıb..

Monitor-un yazdığına görə, Uqanda Müdafiə Qüvvələrinin komandanı Muhuzi Kayneruqaba ilə keçirilən görüşlərin birində Almaniya diplomatı yüksək rütbəli hərbçinin sosial şəbəkələrdəki davranışını yolverilməz adlandıraraq narazılığını ifadə edib.

Analitiklərin fikrincə, bu hadisə Uqanda ilə Avropa ölkələri arasında diplomatik münasibətlərdə son illərin ən ciddi böhranlarından biri ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru