Xameneinin Azərbaycandakı ofisinin fəaliyyəti bərpa edilir

26-05-2025, 09:28           
Xameneinin Azərbaycandakı ofisinin fəaliyyəti bərpa edilir
İranın Ali Lideri Seyid Əli Xamenei Azərbaycandakı ofisinin fəaliyyətini bərpa edir.

Bu barədə “Azad İran” İran İslam İnqilabı Keşikçiləri Korpusuna istinadən məlumat yayıb.

Məsələ ilə bağlı təfərrüat hələ açıqlanmayıb.

Xatırladaq ki, daha əvvəl Xameneinin Bakıdakı ofisi Hüseyniyyə məscidində yerləşib. 2021-ci ilin sentyabr ayında pandemiya zamanı koronovirus infeksiyasının yayılması səbəbilə məscidin fəaliyyəti dayandırılıb və ofisin rəhbəri Ocaq Necat Tehrana qayıdıb.

Həmin vaxt iddia edilirdi ki, ofisin qapadılmasının əsl səbəbi İrana bağlı bəzi dairələrin Bakıda və Azərbaycanın bölgələrində din pərdəsi altında qanunsuz fəaliyyətidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru