Uitkoff HƏMAS-ın atəşkəsə razılıq verdiyini təkzib edib - YENİLƏNİB

27-05-2025, 08:24           
Uitkoff HƏMAS-ın atəşkəsə razılıq verdiyini təkzib edib - YENİLƏNİB
Fələstinin radikal HƏMAS hərəkatı ABŞ-nin Qəzza zolağında atəşkəs şərtləri ilə bağlı təklifi ilə razılaşmayıb.

TNS xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff “Axios”un müxbiri Barak Ravidə bildirib.

“Ağ Evin xüsusi elçisi Stiven Uitkoff HƏMAS-ın onun girovlar və atəşkəs ilə bağlı təklifiylə razılaşdığına dair iddiasını təkzib edib”, jurnalist “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Uitkoff fələstinli radikalların hərəkətlərini məyusedici və tamamilə qəbuledilməz adlandırıb.

17:46

HƏMAS ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Qəzza zolağında atəşkəs barədə təklifini qəbul edib.

TNS xəbər verir ki, bu barədə “Reuters” agentliyinə qruplaşmaya yaxın olan fələstinli rəsmi şəxs bildirib.

Bildirilib ki, 10 girovun azad edilməsini və 70 günlük atəşkəsi nəzərdə tutan yeni təklif vasitəçilər vasitəsilə HƏMAS-a çatdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru