Finlandiya Rusiyaya nota verib

27-05-2025, 10:38           
Finlandiya Rusiyaya nota verib
Rusiya səfiri Pavel Kuznetsov bu gün Finlandiya hava məkanının pozulması ilə əlaqədar Finlandiya Xarici İşlər Nazirliyinə çağırılıb.

İndex.az “yle”yə istinadən xəbər verir ki, Finlandiya hökumətinin məlumatına görə, “Rusiyanın iki hərbi təyyarəsi mayın 23-də Porvoo rayonunda hava məkanını pozub”.

Səfiri Finlandiya XİN-in Şərq departamentinin direktoru Mikko Kivikoski qəbul edib. Səfirə Finlandiyanın sərhəd pozuntusuna ciddi yanaşdığı bildirilib və məsələ ilə bağlı rəsmi izahat istənilib. Diplomat müvafiq nota verilib.

Finlandiya Sərhəd Xidməti hadisəni araşdırmağa başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru