“Putin danışıqlarla bağlı təklifləri zəiflik kimi görür” –Almaniya kansleri

Bu gün, 08:28           
“Putin danışıqlarla bağlı təklifləri zəiflik kimi görür” –Almaniya kansleri
“Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi müharibə hamımızın təsəvvür etdiyindən daha uzun sürə bilər.”

“Bild” nəşrinin məlumatına görə bunu Almaniya kansleri Fridrix Merz deyib.

Qəzetin qeyd edib ki, kansler atəşkəsə nail olmaq üçün uğursuz cəhdləri nəzərə alaraq bu qənaətə gəlib.

“Aydındır ki, Putin danışıqlarla bağlı təklifləri zəiflik kimi görür. Hətta Vatikanda görüş təklifi belə Rusiya rəhbərliyi tərəfindən müsbət qarşılanmasa, o zaman biz yəqin ki, bu müharibənin hamımızın istədiyindən və ya təsəvvür edə biləcəyindən daha uzun sürəcəyini qəbul etməli olacağıq”, – Merz bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.