Başa düşmürəm, Krımdan niyə imtina edilsin? - General

27-05-2025, 09:59           
Başa düşmürəm, Krımdan niyə imtina edilsin? - General
ABŞ Ukrayna ilə Rusiya arasında danışıqlara Kiyevin öz ərazilərinin bir hissəsindən imtina etməsi fikri ilə başlamamalı idi.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Avropadakı ordusunun keçmiş komandanı, general Ben Hoces deyib.

"Mən bu yanaşmanı başa düşmürəm, səhvdir. Ukrayna təzyiqlərə boyun əyməməli və ərazisinin bir hissəsindən əl çəkməməlidir. Xüsusilə Krım kimi strateji əhəmiyyətli bir ərazidən. Krım coğrafi mövqeyinə görə sadəcə Ukraynanın bir parçası deyil", - Hoces bildirib.

O qeyd edib ki, Ukrayna Krımı güc yolu ilə qaytara bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru