“Ermənistan “3+3” formatında nazirlərin növbəti görüşünü keçirməyə hazırdır” – Ermənistan XİN
Dünən, 00:07
“Ermənistan “3+3” formatında nazirlərin növbəti görüşünü keçirməyə hazırdır” – Ermənistan XİN Ermənistan hələ 2024-cü ildə elan edilmiş “3+3” formatında nazirlərin növbəti görüşünə ev sahibliyi etməyə hazır olduğunu elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a ölkənin Xarici İşlər Nazirliyinin yazılı sorğusuna cavab olaraq məlumat verilib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında Cənubi Qafqaz məsələləri üzrə “3+3” formatında üçüncü görüşün hazırlıq mərhələsində olduğunu bildirib.
Onun sözlərinə görə, Moskva növbəti görüşlərin Bakıda və İrəvanda keçirilməsini təklif edir.
“Ermənistan hələ 2024-cü il oktyabrın 18-də İstanbulda keçirilən “3+3” məşvərət platformasının üçüncü iclası zamanı nazirlərin növbəti görüşünə ev sahibliyi etməyə hazır olduğunu elan edib”, - Ermənistan XİN bildirib. Ermənistan XİN onu da bildirib ki, görüşün tarixi və yeri müəyyən edildikdən sonra ictimaiyyətə məlumat veriləcək.