Kobaxidze Makron, Tusk və Merzi ədəbsizlikdə ittiham edib
Dünən, 09:44

Gürcüstanın baş naziri İrakli Kobaxidze Fransa prezidenti Emmanuel Makronu, Almaniya kansleri Fridrix Mersi və Polşanın baş naziri Donald Tusku Müstəqillik günü müraciətində gürcü hakimiyyətini tənqid edən təbrik məktubu göndərməklə etiket qaydalarına riayət etməməkdə günahlandırıb.
Bizimyol.info xəbər verir ki, mayın 26-da üç Avropa ölkəsinin lideri gürcü xalqını Müstəqillik Günü münasibətilə təbrik edib və bu münasibətlə göndərdikləri xüsusi məktubda Gürcüstan hakimiyyətinin vətəndaş cəmiyyətinə, mediaya və opponentlərə qarşı yönəldiyi iddia edilən hərəkətlərini pisləyib. Makron, Merz və Tusk Gürcüstan hakimiyyətini “Avropa normalarına zidd olan qanunları dəyişdirməyə” çağırıblar.
“Əvvəla, mayın 26-da bu tipli bəyanatların verilməməsi ədəb məsələsidir. 26 may bayram günüdür, bayram günlərində bayram məktubları göndərmək, bayram bəyanatları vermək adətdir. Protokol və etiketə belə əməl etmirlər, eləcə də faktiki olaraq obyektiv maraqlara uyğun hərəkət etmədikləri aydındır”, - deyə Kobaxidze jurnalistlərə bildirib.
Kobaxidzenin sözlərinə görə, Fransa, Almaniya və Polşa liderləri öz maraqlarına uyğun olmayan şəkildə işləməyə məcburdurlar ki, bu da dərin dövlətin Avropadakı təsirinə işarə edir. Bununla yanaşı, Kobaxidze qeyd edib ki, Albaniyada bu yaxınlarda keçirdiyi görüş zamanı Makron ona bəyanatda deyilənlərin əksinə olan şeylər deyib.