DAHA 15 ŞİRKƏT İSRAİLƏ UÇUŞLARI DAYANDIRDI - Etiraz dalğası yayılır + SİYAHI

28-05-2025, 09:18           
DAHA 15 ŞİRKƏT İSRAİLƏ UÇUŞLARI DAYANDIRDI - Etiraz dalğası yayılır + SİYAHI
7 oktyabr hadisələrini bəhanə edərək Qəzzada genişmiqyaslı hücumlara başlayan və soyqırım siyasəti həyata keçirən İsrailə qarşı dünya ictimaiyyətinin etiraz reaksiyası güclənməyə başlayıb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bu çərçivədə beynəlxalq hava yolu şirkətləri ard-arda qərar verərək İsrailə uçuşlarını dayandırıb.

Məlumata görə, hazırda ölkəyə uçuşlarını müvəqqəti və ya uzunmüddətli dayandıran xarici hava yolu şirkətlərinin sayı 15-ə çatıb. Şirkətlərin əksəriyyəti vəziyyətin qeyri-sabitliyini əsas gətirərək qərarlarını iyun–iyul ayına, bəziləri isə 2025-ci ilin sonuna qədər uzadıb.

Uçuşları dayandıran şirkətlər aşağıdakılardır:

- “Ryanair” - İrlandiya mənşəli aviaşirkət 11 iyuna qədər İsrail uçuşlarını ləğv edib;

- “Lufthansa qrupu”nun (Lufthansa, SWISS, Austrian Airlines, Brussels Airlines, Eurowings) 15 iyuna qədər bütün reyslər dayandırılıb.

- “Transavia” (Hollandiya) - Uçuşları 3 iyuna qədər təxirə salıb;

- “Iberia Express” (İspaniya) - 31 maya qədər uçuşlar ləğv olunub;

- “ITA Airways” (İtaliya) - 8 iyuna qədər uçuşlar dayandırılıb;

- “United Airlines” (ABŞ) - Uçuşları 12 iyuna qədər təxirə salıb;

- “British Airways” (Böyük Britaniya) - 31 iyula qədər İsrail reyslərini ləğv edib;

- “Air India” - 18 iyuna qədər fəaliyyətini dayandırıb;

- “EasyJet” - İyun ayının sonuna qədər reyslərini ləğv edib;

- "Air Canada" - Təhlükəsizlik səbəbilə uçuşlarını sentyabr 2025-ə qədər dayandırdığını açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru