Çin bu ölkələrə viza rejimini ləğv etdi

29-05-2025, 10:44           
Çin bu ölkələrə viza rejimini ləğv etdi
Çin Xalq Respublikası vizasız rejimi tətbiq etdiyi ölkələrin sayını 47-yə çatdırıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə ÇXR Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin rəhbəri açıqlama verib.

Yenilənmiş siyahıya Fransa, Almaniya, İtaliya, İspaniya və Yeni Zelandiya kimi Qərb dövlətləri ilə yanaşı, Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn və Oman kimi Yaxın Şərq ölkələri də daxil edilib.

Yeni rejimin 2025-ci ilin iyun ayından qüvvəyə minəcəyi gözlənilir.

Rəsmi Pekin bu addımı beynəlxalq iqtisadi, turizm və mədəni əlaqələri gücləndirmək məqsədilə atdığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru