ABŞ-ın bu qərarı danışıqları pozacaq - Avropa Komissiyası

1-06-2025, 12:24           
ABŞ-ın bu qərarı danışıqları pozacaq - Avropa Komissiyası
Avropa Komissiyası (AK) ABŞ-nin Avropa İttifaqı (Aİ) da daxil olmaqla polad idxalına rüsumları 25 %-dən 50 %-ə qədər artırmaq qərarından dərin təəssüflənir.
Bakupost.az Report-a istinadla xəbər verir ki, bu barədə AK-ın mətbuat xidmətinin bəyanatında bildirilir.
Qurum hesab edir ki, bu qərar qlobal qeyri-müəyyənliyi artıracaq və ticarət müharibəsindən qaçmaq üçün Aİ ilə danışıqlara xələl gətirəcək.
"AK ABŞ-nin polad rüsumlarının 25 %-dən 50 %-ə qədər artırılması ilə bağlı elan edilmiş qərarından dərin təəssüf hissi keçirir. Bu qərar qlobal iqtisadiyyatda qeyri-müəyyənliyi artırır və Atlantik okeanının hər iki tərəfindəki istehlakçılar və biznes üçün xərcləri artırır. Bu həmçinin Aİ-nin danışıqlar yolu ilə həllə nail olmaq üçün davam edən səylərini sarsıdır", – məlumatda qeyd olunub.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp "Truth" sosial şəbəkəsində ABŞ-dən polad və alüminium idxalına tətbiq edilən 50 %-lik rüsumların iyunun 4-dən qüvvəyə minəcəyini açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru