İlon Mask narkotik maddələrdən istifadə edir? – İş adamından AÇIQLAMA

1-06-2025, 12:38           
İlon Mask narkotik maddələrdən istifadə edir? – İş adamından AÇIQLAMA
Amerikalı milyarder İlon Mask ketamin preparatı qəbul etdiyini inkar edib.

Oxu.Az xəbər verir ki, sahibkar amerikalı proqramçı Pol Qremin martın 22-də etdiyi paylaşımına münasibət bildirib.

Qeyd edək ki, Qrem də öz növbəsində başqa istifadəçinin Maskın çəngəl və qaşıqlardan kosmik gəmiyə bənzəyən fiqur hazırladığı video ilə bağlı paylaşım etmişdi.

İstifadəçi videonun yuxarısında Maskın ketaminin təsiri altında olduğunu iddia edib. Pol Qrem bu paylaşıma cavab olaraq yazıb ki, belə bir fiqur yaratmaq üçün ketaminə ehtiyac yoxdur.

"Mən ketamindən istifadə etmirəm", - Mask Qremin "X" sosial şəbəkəsindəki paylaşımına cavab olaraq yazıb.

Daha sonra Mask "X" sosial şəbəkəsində daha bir paylaşım edib və həmin yazıda o, "New York Times" qəzetinin ABŞ Prezidenti Donald Trampın ən yaxın adamlarından birinə çevrildiyi zaman onun narkotik qəbul etdiyi ilə bağlı məqaləsini tənqid edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru